adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Noyabr 2018 08:52
2840
GÜNDƏM
A- A+

SOROS FONDU TÜRKİYƏNİ TƏRK EDİR


Amerikalı milyarder Corc Sorosun "Açıq cəmiyyət" İnstitutu Türkiyə hökuməti tərəfindən ciddi tənqidlərə məruz qaldığı üçün bu ölkənin ərazisində fəaliyyətini dayandırdığını bəyan edib.
Rəsmi Ankara Fondun əməkdaşlarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı 2013-cü ildə keçirilən etiraz mitinqlərinə dəstək vermələri ilə bağlı ittihamlar irəli sürüb. Ona görə də gələcək işlərin əhəmiyyətsiz nəticələrini və qarşıya qoyulan yeni layihələrin perspektivsizliyini nəzərə alaraq Fond fəaliyyətini dayandırmağı məqsədəuyğun sayıb. Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beş il bundan əvvəl təşkilatçılar tərəfindən baş verən iğtişaşların arxasında "tanınmış macar yəhudisi Sorosun" dayandığını bildirərək deyib ki, "o adamın çoxlu pulu var və o bu pulları xalqların parçalanmasına və dövlətlərin dağıdılmasına xərcləyir". Prezidentin sözlərinə görə, bu işdə Sorosa artıq bir ildi etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edilən Osman Kavala kömək edib. Kavala "Anadolu Kültür" Fondunun yaradıcısıdır, o, Avropa Şurası məmurları ilə əməkdaşlıq edərək guya mədəni layihələrin həyata keçirilməsi ilə məşğul olub. Türkiyə polisinin fkrincə, Kavala "Açıq Cəmiyyət"in və "Anadolu kültür" Fondunun vasitəsilə iğtişaşçıların maliyyələşdirilməsi ilə məşğul olub.