adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2018 08:41
2167
GÜNDƏM
A- A+

UKRAYNADA HƏRBİ VƏZİYYƏT RƏSMƏN ELAN EDİLDİ

Ukrayna prezidenti Pyotr Poroşenko 25 yanvar 2019-cu ilə qədər ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzaladı. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Bununla bağlı Ukraynanın Baş Qərargahına qismən səfərbərliyin təşkil edilməsi ilə bağlı hazırlıq görülməsi tapşırığı verilib: "Ehtiyatda olan hərbi qulluqçuların hərbi təlimlərə cəlb olunması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməklə yanaşı, əks-kəşfiyyat, diversiyalara qarşı antiterror əməliyyatları və informasiya təhlükəsizliyi gücləndirilməlidir".
Bundan başqa Ukraynanın dövlət başçısı Rusiya ilə sərhədlərin qorunması istiqamətində ciddi tədbirlər görülməsi barədə tapşırıqlar verib. Fərmanda təsdiq olunan maddələrdən biri məxfi saxlanılır. Fərman imzalandığı gündən qüvvəyə minib.
Kremlin mətbuat xidmətindən isə Ukrayna tərəfinin hərbi vəziyyət elan etməsi və silahlı qüvvələrin tam döyüş hazırlığına gətirmək qərarından narahat olduqlarını bildiriblər":Ukrayna rəhbərliyi daha bir riskli münaqişəli vəziyyətin yaradılmasına görə məsuliyyət daşıyır. Bütün bunlar Ukraynada seçkiqabağı kampaniyaya xidmət edir".