adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Noyabr 2018 15:17
4884
GÜNDƏM
A- A+

“Qırmızı Xaç” Dilqəmlə Şahbaza baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələriDağlıq Qarabağmünaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.

Adalet.az-ın məlumatına görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriİlahə Hüseynova"Report”a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri noyabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

"Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır. 2014-cü ilin iyul ayında Rusiya vətəndaşıDilqəm Əsgərovvə Azərbaycan vətəndaşıŞahbaz QuliyevKəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşıHəsən Həsənovisə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşıElnur Hüseynzadəisə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.