adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Noyabr 2018 18:16
21080
MARAQLI
A- A+

Misirdə 4 min illik firon məzarı tapıldı

Misirin Əl-Uksur mahalında Nil çayının qərb sahilində dörd min il yaşı olan firon məzarı tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə Misirin Tarixi Əsər Nazirliyi informasiya yayıb.

Məzarın tanrı Amonun arvadı Mutun məbədində mumiyalamaq işlərinə nəzarət edən din adamına məxsus olduğu bildirilib. Məzarın divarlarında bəzi ailə üzvlərinin adları yazılıb, 2 tabut və 2 heykəl tapılıb.

Bundan əlavə Amon məbədində çalışan Huril adlı bir şəxsin də mumiyası aşkar edilib.