adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Noyabr 2018 13:06
5066
MƏMLƏKƏT
A- A+

Hökumət məşğulluq üçün daha 80 milyon manat ayırır

Regionlarda məşğulluq səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat əlavə vəsait ayrılıb.

Bu barədə maliyyə naziri Samir Şərifov parlamentin iclasında məlumat verib. Nazir bildirib ki, növbəti ilin dövlət büdcəsindən Gənclər Fondunun xərclərinə əlavə olaraq 2.7 milyon manat vəsaitin artırılması nəzərdə tutulub.

"Bundan əlavə, AMEA-nın xərclərinə 800 min manat, eşitmə və böyrək qüsurları ilə doğulan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə 4 milyon manat ayrılmalar nəzərdə tutulub”.