deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | İnsan kimi, yazıçı kimi də mənim kəndim dağılıb... - MÜSAHİBƏ Adalet.az | İnsan kimi, yazıçı kimi də mənim kəndim dağılıb... - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

İnsan kimi, yazıçı kimi də mənim kəndim dağılıb... - MÜSAHİBƏ

39829    |   2018-11-27 11:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az yazıçı Şərif Ağayarla müsahibəni təqdim edir.


- Laçında doğulmusunuz. Əsərlərinizdə də Laçının havası duyulur. Oralar yaddaşınızda necə iz qoyub? Necə xatırlayırsınız oraları?

- Suala konkret cavabım yoxdur. Son vaxtlar bu haqda danışa bilmirəm. Adam iki halda danışa bilmir. Bir, söhbət olmayanda, iki, söhbət çox olanda. Məndə ikincilərdəndir. Zaman keçdikcə Laçın yaddaşımda magik-mistik dumana bürünür və həm şəxsi, həm sosial, həm fəlsəfi planda bütün çata bilmədiyim arzuların simvoluna çevrilir. Əvvəllər elə bilirdim, yazmaq o ağrıları ifadə etməkdir. Lakin son on ildə anlamışam ki, hər şey sənət yaratmaq üçün bəhanədir. Sənət yaranarsa bütün daşlar yerinə oturacaq. Ağrılar yalnız bu yolla sərvətə çevrilə bilir. Amansız taleyə ən böyük cavab onun əzablarından gözəllik düzəldə bilməkdir. Bu yolla həm də adam ağrının-əzabın içində, hətta onun özüylə xoşbəxt ola bilir.


- Hekayələrinizdə, romanlarınızda müharibə qırmızı xətt kimi keçir. Nə vaxtsa ayrıca Qarabağ müharibəsi mövzusunda roman yazmağı düşünürsünüz?

- Qarşıma heç vaxt məqsəd qoymamışam ki, müharibə haqda nəsə yazacam. Əslində, diqqət etsəniz, müharibədən yazmadığımı görəcəksiniz. Məni insanın yaşadığı əzab, onun azadlıq və həqiqət axtarışı, inamı, inamsızlığı, bir sözlə bütün cəhətləri ilə insanın özü maraqlandırır. Sadəcə bütün yaxından tanıdıqlarım müharibə dövrünün insanlarıdır. Qırmızı xətt o insanlardır. Bu, artıq mənim yox, taleyin seçimidir. Məni mövzu düşündürmür, nəyi gözəl yaza bilərəm, hansı yaşantıları daha yüksək sənətə çevirə bilərəm, ona baxıram.


- Dörd romanınız var. Amma sizi daha çox "Şəkil” hekayəsinə görə tanıyırlar. Siz necə düşünürsünüz? Yaradıcılığınızın ən güclü əsəri "Şəkil”dir?

- Bizim oxucular, xırda istisnalarla romana öyrəşməyiblər. Onlara tez-bazar şeylər lazımdır. Hələ heç hekayəyə də çoxunun hövsələsi çatmır. Doğrudur, siz deyən hekayə çox oxundu, çox sevildi, hətta sonra yazdıqlarımın anlaşılması üçün müəyyən mənada problemlər də yaratdı. O hekayənin populyar olmasının ən böyük sirri budur; insanımız gözlədiyinin gəlmədiyini anlayıb və ümidsiz bir qaranlıq içərisindədir. Hekayənin qəhrəmanının real vəziyyəti insanların içindəki ekzistensial çıxılmazlıqla üst-üstə düşdü və ədəbi metafora kimi partlayış törətdi. Nəticəsi uzun çəkəcək. Və təəssüf ki, uzun çəkəcək. Arzulayardım, bir gün bir oxucu gəlsin, mənə desin, "Şəkil” hekayəsinin populyarlığına çox uyma, buyur sonuncu romanındakı filan-filan mətləblərdən və onun bədii-estetik həllini verə bilib-bilməməkdən danışaq. Yoxsa hamı boynumu qucaqlayıb təşəkkürünü bildirir. Xüsusilə "İctimai” radio "Şəkil”i səsləndirib "yutub”a yerləşdirəndən sonra mənə elə adamlar zəng vurur ki, məəttəl qalıram. Çoxu elə bilir özüm səsləndirmişəm. O gün biri zəng eləyib ki, bir əhvalat danışmısan, qulaq asdım, məni yaman təsirləndirdi. Dedim, nə əhvalat? Məlum oldu ki, "Şəkil”i kiminsə telefonunda dinləyib.


- Tez-tez sizə iradlar tuturlar. Deyirlər ki, kənd mövzusunda yazır, əyalət çərçivəsindən çıxa bilmir. Bu iradları necə qarşılayırsınız? Sovet vaxtı "kənd nasiri” deyilən anlayış vardı. Özünüzü bu kateqoriyaya aid edirsiniz?

- İnsan kimi də, yazıçı kimi də mənim kəndim dağılıb. Əsərlərimdə kənd yoxdur. Sovet-rus nəsrindən qalan sadəlövh kənd idilliyası heç yoxdur. Sadəcə, nəsr dilim urbanistik dildən daha çox kənd dilinə yaxındır. Bunun iki səbəbi var. Bir, kənddə doğulmuşam. İki, bizim nəsrin şəhər dili formalaşmayıb. Bunun problem olduğunu anlayıram və öz yaradıcılığımda həll eləməyə çalışıram. Mətn yaza bilməyən adamlar hadisələri İçərişəhərə köçürüb, qəhrəmanının adını Tom qoymaqla urbanistik ola bilməzlər. Biri vardı, hətta şortik geyinmədiyimi başıma qaxırdı (gülüş). Bu məsələlərin ədəbiyyata, yazıya çox az dəxli var. Ən vacibi bədii cümlə qura bilməkdir. Ondan sonra cümlənin orta əsr aqrarlığından uzaqlaşıb, urbanistik mədəniyyətə daxil olması haqda düşünmək lazımdır. Mətn yaza bilməyən adam hər gün Eyfeldə fransızca nahar eləsə də xeyri yoxdur. Müqayisə bir az yersiz çıxar, lakin deyəcəm. Vaxtı ilə Kafkanı da əyalət dilində yazdığı üçün tənqid edirdilər. O, şəhər kübarlığından uzaq, kobud və sentimental gəlirdi adamlara.

- Tanınmış tənqidçilərdən biri "Arzulardan sonrakı şəhər” romanında yeni olmayan paralel zamanlar fəndindən istifadə etdiyinizi demişdi.

- Elə həmin tənqidçi eyni müsahibədə Elçinin "Baş” romanını tərifləmişdi. "Baş” da paralel mətnlərlə yazılıb. Hətta iki yox, üç mətn. Mənə tutulan irad qeyri-ciddidir. Guya paralel zamanda ilişib qalmışam, zamanın fövqünə çıxa bilməmişəm. Dünyanı qarış-qarış gəz, zamanın fövqünə çıxmaq deyə bir təhlil metodu yoxdur. Bu, boşboğazlıqdır. Paralel zamanlar və paralel mətnlər ötən əsrdən yazılmağa başlasa da nəsr tarixində köhnə yox, modern hadisə sayılır. İntellektual nəsrin əsas fəndlərindən biridir. İndən belə azı yüz il də istifadə olunacaq. Bəlkə də daha çox. Mətn mətn olmalıdır. Paralel olub-olmaması vacib və ya qüsur deyil. Tənqid və təhlil metodunu düzgün seçməliyik.

- "Haramı" romanınız da maraqlı əsərdir. Müəllif kimi bu romanınızı digərlərindən necə fərqləndirərdiniz?

- Son yazdıqlarım daha mükəmməldir.


- Şərif bəy, bir dəfə müsahibələrinizin birində demişdiniz ki, həyatım boyu Kulis qədər rahat iş yerim olmayıb. Bəs indi elə iş tapa bildinizmi? Dolanışığınız necədir?

- Mən Kulisdə ədəbiyyatla yaşamışam, dolanmışam. Dünyada xoşbəxtliyin əsas şərtlərindən biri dolanışığının sevdiyin işdən çıxmasıdır. Bu mənada müəllimlikdən də, məmurluqdan da daha rahat iş idi. Amma gərginliyi və məsuliyyəti bəlkə hamısından çox idi. 40-dan sonra isə yazıçını yalnız kitablar xoşbəxt edər. İstər yazmaq, istər oxumaq. Heyif, bizdə kitabla həyat qurmaq, onunla dolanmaq imkanı yoxdur. Yazıçılarımızın, şairlərimizin mutsuzluğunun kökündə bu reallıq dayanır.

Həmişə kasıb həyatı sürmüşəm. Bu gün də elədir. Amma gileylənmirəm. Bu yolu özüm seçmişəm. Sadəcə, yaxınlarıma məni anlamalarını arzu edirəm. İndilikdə heç kimə lazım olmayan bir işlə məşğulam. Ancaq bu, gördüyüm işin dəyərini aşağı salmır. Bu gün mənə əziyyət verənlərin, normal, halal, adam balası kimi yaşamağıma mane olanların əksəriyyəti bircə cümləmə dəyməz. Buna qəti şəkildə əminəm.


- Yazıçılar arasında iki nəfər tez-tez romanları ilə çıxış edir. Bunun biri sizsiniz, digəri Mübariz Cəfərli. Hətta Kulisdə, ağır iş rejimində belə roman yazmaqdan çəkinmirdiniz...

- Mən ədəbi mühitə gələndən Mübariz Cəfərli kitab-kitab, roman-roman irəliləyir. Bu sizə zarafat gəlməsin. Adam dizini yerə qoyub ciddi-ciddi işlərlə məşğuldur. Buna böyük iradə və səbr lazımdır. Ən azı sayğıya layiqdir. Məni onunla müqayisə etdiyiniz üçün sizə təşəkkür edirəm. Bilirsiniz, istedad bir az mücərrəd anlayışdır. Lakin əlindən gələn qədər ləyaqətli yazılar yazmağa çalışmaq çox konkret məşğuliyyətdir və gözlə asanlıqla görünür. Ədəbi mühitimizdəki bu cür azsaylı insanları ürəkdən alqışlayıram. Sabahı onlar gətirəcək.


- Yazmadığınız günlərinizin hayıfını necə çıxırsınız? Və ya sənətkar həmişə, müntəzəm yazmalıdırmı?

- Zəhmətkeşliyim var, ancaq bir az da təblə, ilhamla yazan adamam. Yazmadığım günlərdən narahat deyiləm. Gəncliyimdə avaraçılığa ayırdığım günlərə heyfsilənirəm. Yazmaq və mütaliə etmək bank borcu kimidir. Qaldıqca daha da ağırlaşır. 20 yaşımın bir çox məsələlərini 30-a saxladım. 30 dan 40-a yükləndi. Ömürsə uzun deyil. Zamanın dəyərini bilmək çox vacibdir.


- Gənclik dövrünüzdə qalmaqallarla gündəm yaradırdınız. Hətta AYB-dən çıxarılmağınız o dönəm çox böyük reaksiya görmüşdü. Sizin çıxarılmağınıza etiraz edən altı-yeddi gənc yazar istefa vermişdi. İndi sanki sakitləşmisiniz. Yaşın gətirdiyi ağırlıqdır bu, yoxsa?

- Ədəbiyyata heç vaxt xəyanət etmədim. Xəyanət edənləri də öz içimdə bağışlamadım. Yenə beləyəm. Sadəcə vaxt və enerjimin çoxu oxumağa, yazmağa gedir. Biz artıq qovğaların bar-bərəkət dövründəyik. Sözümüzü dedik, indi əsərimizi yazmalıyıq. Yavaş-yavaş yazırıq da!


– Müasir zaman bu gün çox sürətlidir. İnternet, sosial şəbəkələr, informasiyaların axını insanın ruhuna, qəlbinə təsir göstərir, onu yükləyir. Belə bir şəraitdə kitabın qüdrəti və imkanları insanın mənəvi aləmini qorumağa, xilas etməyə çatarmı?

- Bu barədə çox danışmışam, çox yazmışam. Qısaca onu deyim ki, kitabdan başqa çıxış yolumuz yoxdur. Həm ölkə olaraq, həm cəmiyyət olaraq, həm yazıçı olaraq, həm fərd olaraq. Texniki tərəqqinin də kökündə kitab dayanır. Bədii kitab isə həm də ruhun qidasıdır. İnsan bədən və ruhdan ibarətdir. Ruhun qidası isə kitabdır. Ruhumuzu öldürməmək üçün ədəbiyyat oxumalıyıq. Əks halda cəmiyyətdə heyvanlaşma bir az da artacaq.


- Dünyanın məşhur yazıçılarından biri Ernest Heminquey öz şagirdinə həyatı boyu oxuması zəruri olan 15 əsərin siyahısını verib. Siz də bir ustad kimi bugünkü gənc nəsilə hansı əsərləri oxumağı tövsiyə edirsiz?

- Dünya mifologiyası, səmavi kitablar, klassika... Bunlar olmazsa olmaz kitablardır. Lakin sizi çox maraqlandırırsa ilk yadıma düşən on beş nəsr kitabının adını deyərəm.

1. "Don Kixot”
2. "Səfillər”
3. "Anna Karenina”
4. "Cinayət və cəza”
5. "Master və Marqarita”
6. "Məhkəmə”
7. "Yüz ilin tənhalığı”
8. "Gecəyarısı uşaqları”
9. "Saatları tənzimləmə institutu”
10. "Mənim adım qırmızı”
11. Mirzə Cəlilin hekayələri
12. "Məhşər”
13. "Ölüm hökmü”
14. Əkrəm Əylislinin povestləri
15. Mövlud Süleymanlının povestləri


- Hazırda üzərində işlədiyiniz roman varmı? Nə yazırsınız?

- Şəhid polkovnik, adı hələ rəsmi təsdiqini tapmayan Milli qəhrəman Raquf Orucov haqqında roman yazıram. Apreləcən çap olunacaq. Paralel olaraq daha bir roman üzərində hazırlıq işləri gedir. 2020-yə qədər o da hazır olacaq. Sağlıq olsun.


Söhbətləşdi: Oğuz Ayvaz


İmza:

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

"Azğınlaşmış Ermənistan bizə torpaqlarımızın hərbi yolla azad olunmasından başqa alternativ buraxmır"

Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ

Mircəlal Kazımi: "Orqan transplantasiyası əməliyyatı xəstə üçün..."

Kamal Abdulla: “Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəm” - MÜSAHİBƏ

Azərbaycan vətəndaşlarında sosial-psixoloji güvənlik yaranıb - MÜSAHİBƏ

İlkin Həsəni: "Niyə düşündürücü komediya çəkməliyəm?" - MÜSAHİBƏ

Muradın həbs səbəbi - Xanımı hər şeyi açıqladı

Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ

Orxan Həsəni: "Ədəbiyyatda ulduz olmaq üçün qırmızı kart almağı bacarmaq lazımdır" - MÜSAHİBƏ

Aqil Abbas: "Deputat kütlə içində olmalıdır”

Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi nə vəd edir? - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK