adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Noyabr 2018 18:54
6649
HADİSƏ
A- A+

Bakıda kafe yanıb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli kafenin (hazırda fəaliyyət göstərmir) mətbəxinin, dəhlizinin yanar konstruksiyalar və ondulindən ibarət dam örtüyü 30 m2 sahədə yanıb.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.