adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Noyabr 2018 18:45
11835
DÜNYA
A- A+

Tehrandan növbəti nüvə xəbərdarlığı

"Əgər İranın nüvə proqramı üzrə Hərtərəfli müştərək fəaliyyət planında qeyd olunduğu kimi, Tehran iqtisadi faydalarla təmin edilməyəcəksə, onda Avropa İttifaqı (Aİ) bunun təhlükəli nəticələrinə qatlaşmalı olacaq".

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi nüvə əməkdaşlığı üzrə Aİ ilə keçirilən seminarda jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Əgər verilən sözlər sonradan əmələ çevrilməyəcəksə bunun nəticəsi çox təhlükəli olacaq. Vəziyyət gözlənilməz olacaq. Amma inanıram ki, Avropa İttifaqı nüvə sazişinin qorunub saxlanması üçün əlindən gələni edir və verdiyi vədlərin icrası yolunda tədbirlər görməyə hazılaşır”, – Salehi bəyan edib.

Aİ-nın iqlim və enerji məsələləri üzrə komissarı Miqel Arias Kanete isə bildirib ki, heç kəs nüvə sazişinə cəlb olunan dövlətlərin, xüsusən də Böyük Britaniyia, Fransa və Almaniyanın İranla xüsusi ödəmə şirkətinin tez bir zamanda işə salınması üçün qətiyyətinə və siyasi iradəsinə zərrə qədər şübhə etməməlidir. Bu, kompleks tədbirləri əhatə edən bir işdir və son bir neçə gün və həftə ərzində bu istiqamətdə texniki işlər daha da irəliləyib.