adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Noyabr 2018 18:00
10055
SİYASƏT
A- A+

NATO Kerç böhranına görə təcili toplanır

NATO Azov dənizində baş verən böhranın müzakirəsi üçün NATO-Ukrayna Komissiyasının təcili iclasını çağırıb.

Bu barədə razılıq NATO Baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Pyotr Poroşenkonun telefon danışığı zamanı əldə edilib. Görüş NATO-dakı ölkələrin daimi nümayəndəliklərinin rəhbərləri səviyyəsində keçiriləcək.

Məlumata görə, görüş bu gün baş tutacaq.

Qeyd edək ki, dünən Azov dənizində Rusiya Ukraynanın hərbi gəmilərinə hücum edib və 3 hərbi gəmini ələ keçirib.