adalet.az header logo
  • Bakı 19°C
26 Noyabr 2018 16:56
7106
MƏMLƏKƏT
A- A+

Azərbaycanda Toxum birjası yaradılır

2019-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Dövlət Toxum Fondu onlayn layihə olaraq Toxum birjası yaratmağı planlaşdırır

Bunu Dövlət Toxum Fondunun rəhbəri Emin Əliyev deyib.

Onun sözlərinə görə, bu internet tətbiqi vasitəsilə fermerlər, istehsalçıları və toxum şirkətləri toxum seçə, daşımalar həyata keçirə, aqrotexniki məsləhətlər üçün məsləhətçilər seçə biləcək:

"Gələcəkdə isə maliyyələşdirmə və ya kreditləşmə üçün müraciət etmək mümkün olacaq”.

E.Əliyev əlavə edib ki, gələn il Fond həmçinin "ToxumArt” layihəsinin reallaşdırılmasını planlaşdırır:

"Bundan başqa, Bakı şəhərinin müxtəlif hissələrində şəbəkə stendlərinin yaradılması nəzərdə tutulur”.