adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Noyabr 2018 16:17
5260
GÜNDƏM
A- A+

Aeroportda külli miqdarda zərgərlik məmulatları keçirmək istəyən saxlanıldı

Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumatda bildirilib.


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş çantasını rentgen aparatından keçirib gömrük nəzarətini tərk etmək istəyərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlamadan öncə, vətəndaşa gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif edilib. Bundan sonra o, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 7 ədəd üzük, 7 cüt sırğa, 5 ədəd qolbaq, 3 ədəd kulonlu boyunbağının olduğu sellofan paketi şalvarının cibindən çıxararaq gömrük əməkdaşına təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 154,29 qram olan 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.


Faktla bağlı araşdırma aparılır.