adalet.az header logo
  • Bakı 11°C
26 Noyabr 2018 14:17
4664
HADİSƏ
A- A+

Bakıya gələn Qazaxıstan vətəndaşı bu səbəbdən SAXLANILDI

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin prekursorlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Aktau-Bakı aviareysilə gələn Qazaxıstan vətəndaşının əl yükü rentgen aparatında yoxlanılarkən monitorda çantanın içərisindəki butulkada olan predmetin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaşa həmin əşyanın təqdim edilməsi təklif olunub.

Vətəndaşın çantadan çıxarıb təqdim etdiyi həmin butulkada kalium permanqanat aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan kalium permanqanatın təmiz çəkisi 875 qram təşkil edib.

Xatırladaq ki, kalium permanqanat "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.