adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Noyabr 2018 11:02
10778
DÜNYA
A- A+

İrandakı zəlzələdə yaralı sayı 550 nəfərə çatdı - YENİLƏNİB-4

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

Bu barədə İran telekanalları məlumat yayıb.

Ölkənin Kermanşah vilayətində 20-dən artıq təkrar təkan qeydə alınıb. Bu gün vilayətdə məktəb və universitetlər fəaliyyət göstərməyəcək.

İranın İraqla sərhəddə yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ qonşu ölkədə də böyük həyəcana səbəb olub. Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb, daha 45 nəfərin yaralandığı bildirilir.

***

00:26

İranda baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb.Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

23:44

İranda təbii fəlakət nəticəsində xəsarət alanların sayı artıb.Təkcə Kirmanşah vilayətində 114 nəfər xəsarət alıb.

22:28

İran-İraq sərhədində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib.

Məlumata əsasən, zəlzələ nəticəsində İranın Kermanşah əyalətində azı 70 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində ölənlərin də olduğu istisna edilmir.

21:23

İranda zəlzələ olub.Yeraltı təkanlar İran-İraq sərhədində 6,4 bal gücündə zəlzələ baş verib.

Hadisə nəticəsində təlafat olub-olmaması ilə bağlı hər hansı məlumat verilmir.(modern.az)