adalet.az header logo
  • Bakı 17°C
24 Noyabr 2018 14:26
4815
MƏMLƏKƏT
A- A+

Sabahın havası – Bakıda yağış yağacaq

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, sabahBakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağışyağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə5-7°, gündüz10-13°isti,Bakıda gecə5-7°, gündüz10-12°isti təşkil edəcək.Atmosfer təzyiqi normadan yüksək773mm civə sütunundan765mm civə sütununa enəcək.Nisbi rütubət70-80%olacaq.

Nazirlik eyni zamanda xəbərdarlıq da edib. Belə ki, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağışyağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturugecə3-6°isti, gündüz8-13°isti, dağlarda gecə0-5°şaxta, gündüz3-7°isti təşkil edəcək.