adalet.az header logo
  • Bakı 20°C
24 Noyabr 2018 14:23
14672
KRİMİNAL
A- A+

Bakıda qadın ərini qətlə yetirdi

Bakıda ər arvadı tərəfindən qətlə yetirilib.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb.