adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Noyabr 2018 12:17
10947
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: EDİRƏM

Diz çökmüşəm önündə mən -
dinə ibadət edirəm...
Adəmin cənnət günahı -
dənə ibadət edirəm...

Yazdığım məktub oxunmur
təzə ümiddə doğulmur...
Əlim buluda toxunmur -
çənə ibadət edirəm...

Ötsə də o gün və o çağ
üstümə yeriyir otaq...
Ürəyim közərən ocaq -
mənə ibadət edirəm...

Bilirəm , sənə əsəbəm
bəlkə də . hətta əzabam...
Sənsən iç dünyam - əsabam -
sənə , ibadət edirəm!..