Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "Xəzər təzkirəsi" - Ənənəyə sədaqət Adalet.az | "Xəzər təzkirəsi" - Ənənəyə sədaqət Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Xəzər təzkirəsi" - Ənənəyə sədaqət

11540    |   2018-11-24 09:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

Bakı təkcə maddi sərvəti olan "qara qızılı" və Xəzər kimi mavi dəniziylə, son illərdə isə yeniləşən, gözəlləşən, Avropa şəhərləri ilə müqayisə edilən misilsiz məkanı ilə fəxr eləmir. Bu şəhər ta qədimdən ədəbi ənənələri ilə də məşhurdu - bütün əsrlərdə Bakıda şeir-sənət ocaqları daim şölələnmiş, şairlər - ədiblər ədəbiyyatımızı zənginləşdirən gözəl əsərlər yaratmışlar. Bakı ədəbi mühiti daha çox klassik ədəbi ənənələrlə bağlı olmuşdur. Bu gün də o ənənələr davam edir.
İstedadlı şair Arif Buzovnalının tərtib və redaktorluğu ilə "Xəzər təzkirəsi" adlı toplunun nəşri də (2017) bunu sübut edir. Arif Buzovnalı topluya yazdığı ön sözdə qeyd edir ki: "Əlli-altmış il əvvəl Əliağa Vahid haqqında danışanda, əksər ziyalılarımız qeyd edirdi ki, əruz ədəbiyyatı artıq dünənin məhsuludur, artıq XX əsrlə ayaqlaşa bilmir və Əlağa Vahid yəqin ki, bu qədim ənənəvi poetik yolun son nümayəndəsidir. Amma görünür ki, xalqın minilik təhtəlşüuruna oturuşmuş poeziya janrının 50-60-ci illik təzyiqlə sıxışdırıb məhv eləmək o qədərdə asan deyilmiş. Vahidin ölümündən sonra onilliklər keçdi, Azərbaycan azadlıq əldə etdi, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan əruzu sanki yeni həyata qədəm qoydu. Məhz həmin illərdə həm Bakıda, həm də əyalətlərdə "Məcməuş-şüəra", "Fövqül-füsəha", "Füzuli", "Vahid" ədəbi məclisləri yarandı, ustad şairlər gənc nəslə minillik əruz şeirinin incəliklərini öyrətməyə başladılar".
"Xəzər təzkirəsi"ndə 36 şairin şeirlərindən seçmə nümunələr təqdim edilir. Heca vəznində yazılan bəzi şeirləri nəzərə almasaq, "Xəzər təzkirəsi"ni əsl "Qəzəl kitabı" adlandırmaq olar. Təqdim olunan qəzəllər hansı bədii xüsusiyyətləri ilə seçilir, Füzuli, Seyid Əzim Şirvani, Vahid ənənələri davam edirmi və necə hifz olunur. Onların qəzəllərində klassik örnəklərlə bir səviyyədə dayanan nümunələr varmı? - bu suallara qısaca da olsa cavab vermək istərdim.

Sevgin bir həzin, cilvəli röya idi, getdi,
Tənhalığa bu ömrü düçar eylədi getdi.

Dönsən də, məni görməyəcəksən yolun üstə,
Ruhum səni on yeddi ömür gözlədi, getdi.

Gəlmişdi bu dünyaya ürək qəm yemək üçün
Ta hər nə qədər ki, yeri vardı, yedi, getdi.

Könlüm quşunu bir daha axtarma, tapılmaz,
SƏNSİZ bir ömür istədi, çox istədi, getdi.

Heç gəlməz idi Fəhmi cahana. Sözü vardi,
Söz vermiş idi gəlməyə, gəldi, dedi getdi.

(İlqar Fəhmi)

Ey gedən yar, könlümü vəslinlə yandır, sonra get,
Bir də eşqin badəsin doldur, dolandır, sonra get.

Görsə sənsiz, qəlbimə divan tutar zalım fələk,
Gəl bu viran olmuşun çərxin dayandır. Sonra get.

Bir baxış lütf et, bilinsin kimdi bu söz sahibi,
Tənəbaz nadanları susdur, utandır, sonra get.

Can bazarında, könül, sidqindi sərmayən sənin,
Bu vəfasız ömrə bir məna qazandır, sonra get.

Arif, "insaf" yaz, "ədalət" söylə ta vardır nəfəs,
Xabi-qəflətdən bu dünyanı oyandır, sonra get.

(Arif Buzovnalı)

İki şairdən - İlqar Fəhmidən və Arif Buzovnalıdan iki qəzəl misal gətirdim, bu da əbəs deyil. Hər iki şair müasir şeirimizdə qəzəli yaşadan - bu qədim janra yeni məna gətirən şairlərdir. Arif Buzovnalı Bakı ədəbi mühitində seçilən şairdir - əzəldən qəzələ mehri-məhəbbət bəsləyib, həmişə qəzəli təbliğ edib. Təkcə qəzəl deyil, klassik poeziyanın digər janrlarında da qələmini sınayır. İlqar Fəhmi - yaradıcılığın demək olar ki, bütün janrlarında öz sözünü deyən, uğurlar əldə edən bu söz sahibi ədəbiyyata məhz qəzəllə gəlib. Diqqət edək: hır iki qəəldə "getməkdən" söz gedir. Amma bu qəzəllər məzmunca bir birlərindən fərqlidir.
Topluda təqdim olunan qəzəllər təkcə məhəbbət mövzusunu əhatə etmir. Allaha xitabən yazılan qəzəllər də var, həyatın, gerçəkliyin müxtəlif məsələləri də bəzi qəzəllərdə öz əksini tapır, nəzirələr də diqqətdən yayınmır. Azərbaycanda qadın yazarlar arasında ilk "Divan" ərsəyə gətirən Gülnarə Munisin bir qəzəlindən oxuyuruq:

Ey Xuda, min şükr edib, bir canı qurban eylərəm,
Canı qurban etməyə hər ləhzə imkan eylərəm.

Əhdimə peyman edim, ya rəbb, qüvvət ver mənə,
Ta nəfəs var, əhdimə dünyada peyman eylərəm.

Hiss olunur ki, yaşından asılı olmayaraq Bakı şairləri qəzəl aləminə yaxşı bələddirlər. Hərçənd ki, onların qəzəllərində bədii təsvir arsenalı Füzulininki, Seyis Əzim Şirvanininki, Vahidinki qədər deyil, amma xüsusilə, Vahidin təsiri onlarin qəzəllərində ənənəni yaşatmaq gücündədir.
Sona Xəyalın, Vidadi Arifin, Soltan Əlizadənin, Azər Sani Pirşağalının, Fərman Kamiloğlunun, Həsən Miratın, Ruhulla Aminin, Rüstəm Tofiqin, Zülfiqar Həbiblinin, Tərlan Sadiqin, Nicat Nəsrinin, Ağamirzə Qailin, Məcid Əsriin qəzəlləri dil sadəliyi, fikirlə hissin vəhdəti ilə diqqəti cəlb edirlər. Nümunə üçün daha iki qəzələ müraciət edək:

Kimin aləm içrə sən tək belə məhliqası yoxdur,
Elə bil ki tüli-ömrün azacıq səfası yoxdur.

Mənə sən səfa kərəm qıl, əvəzində can verim mən,
Yəni can qədər, əzizim, bu gün bəhası yoxdur?

Sənə kim desə cəfakar, o kəs anlamır nədir eşq,
Duya bilsə gər səfanı, deyəcək səfası yoxdur.

Özün aldadır bu könlüm, əl üzüb küsür cahandan,
Əvəzində qəsdi sənsən, əcəb iştəhası yoxdur.

Niyə Azəri qoyursan bu qədər vüsalə həsrət?
Məgər, ey cəfaçı dünya, bu günün səbası yoxdur?

(Azər Sani)

Yandı könül qəm oduna, durma gəl,
Qoyma ki, səndən, gələ əvvəl əcəl.

Düşdü canın dərdə, tapılmaz dəva,
Endi başım yastığa, leyk göydə əl

Qaldı güman Allaha, neynim axı!
Yoxdu bəşərdə dəxi saleh əməl.

Qaldı qara günlərə əhli-bəşər,
Çox da yaratmış onu Tanrı gözəl.

Etmə şikayət, Sona, dərd çəkməyi,
Taleyinə Tanrı yazıbdır əzəl.

(Sona Xəyal)

"Xəzər təzkirəsi" toplusund son sözü də Arif Buzovnalı yazıb. Bu yazını da onun bir fikri ilə tamamlamaq istəyirəm: "Bölmə üzvlərinin hər mövzuda uğur qazandıqlarına, onların hər yerdə Azərbaycan ədəbiyyatını layiqincə təmsil edə biləcəklərinə bu kitab sübutdur. Ustad şairlərlə birgə gənc yazarlarımızın da əsərləri ictimaiyyətə çatsın, Azərbaycan şeiri yeni Vahidimizi qazansın".




İmza:

YAZARIN ARXİVİ

2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK