adalet.az header logo
  • Bakı 16°C
23 Noyabr 2018 18:00
13783
KRİMİNAL
A- A+

Qanunsuz silah saxlayan şəxs tutuldu

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Hacıqabul rayonunun Meyniman kənd sakini Fətulla Məmişov qanunsuz odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman yarımtikilidə 1 ədəd "BUM” markalı ov silahı aşkar edilərək götürülüb.

Hacıqabul RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Hacıqabul rayon sakini Əliyusif Rəsulovdan 1 ədəd "TULA” markalı ov silahı aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.