adalet.az header logo
  • Bakı 19°C
23 Noyabr 2018 17:23
14867
DÜNYA
A- A+

Məsciddə terror törədilib: Azı 26 nəfər ölüb

Əfqanıstanın şərqindəki Kost əyalətində məscidə edilən terror hücumu nəticəsində azı 26 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Adalet.az "Tolo News”a istinadən xəbər verir ki, terakt terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib. Partlayışın olduğu məscid Əfqanıstan ordusunun Kost əyalətindəki hərbi bazasının ərazisində yerləşdiyindən ölənlər arasında hərbçilərin də olduğu bildirilir.

Hazırda hadisənin baş verdiyi əraziyə xilasedicilər, təcili tibbi yardım maşınları və təhlükəsizlik qüvvələri cəlb ediliblər. Terakta görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.