Gömrükdə külli miqdarda dərman aşkarlanıb
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "BMW 528” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön panelinin altından və arxa oturacağının arxa hissəsində yerləşən örtüyün altından- 105 ampula "Vеrаpаmil”, 25 flakon "Qonnadotropin xorioniçeskiy”, 5 flakon "İntesti-bakteriofaq”, 3 flakon "Neuleptil”, 5 ədəd sprey "Oktenisept”, 90 kapsul "Omeqa 3-6-9”, 120 kapsul "Karnozin”, 500 həb "Kortef”, 5 ədəd "Primadofilus”, 10 flakon "Etoksisklerol”, 200 həb "Ketosteril” , 56 paket "Diviqel”, 200 həb "Teralidjen valenta”, 100 həb, "Macmiror”, 100 həb "Noopept”, 14 həb "Sumatriptan”, 20 həb "Amiksin”, 60 həb " Pronoran”, 100 həb "Naltrekson”, 30 həb "Reksetin”, 4 flakon "Bakteriofaq”, 2 flakon "Karipazim”, 25 həb "Zoviraks”, 60 həb "Orlit”, 3 ədəd "Elokom losyon”, 1 ədəd "Mikospor nabor”, 30 həb "Komplivit”, 1 ədəd "Oflomil”, 2 ədəd krem "Libre derm”, 1 ədəd sprey "Mezolux”, 8 həb "Miqrenol”, 3 ədəd "Salofalk” markalı dərman vasitələri və 38 ədəd dərman vasitələri üçün plastik qablar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19