LAL OYUNU - Əbülfət Mədətoğludan yeni şeir

ƏBÜLFƏT MƏDƏTOĞLU
48626 | 2018-11-23 15:57

LAL OYUNU

( " Bir qadına ... və hamıya " silsiləsindən )

Susuram...
danışmıram...
işığı öləziyən
gözlərimlə baxıram ...
Düşünmə ki
lalam...
yox , sadəcə
istəyirəm ki
yadında -yaddaşın da
elə belə -
yəni lal kimi
qalam...

Çünki
bilirəm ki ,
danışsam
səni sevirəm !- söyləyəcəm...
səninsə
dilindən eşitmədiyim,
amma
hiss etdiyim
cavabından
ömrüm uzunu
göynəyəcəm!..

Odur ki ,
lal olmaq -
əslində
Lal oyunu oynamaq

sənin də yaddaşında ,
ömründə
rəhm edib
təbəssüm bağışladığın
biri kimi
susqun qalmaq
məncə
daha gözəldi!..

TƏQVİM / ARXİV