adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Noyabr 2018 14:41
5058
GÜNDƏM
A- A+

“Azərişıq” borclu abonentlərin işığını kəsəcək

"Azərişıq" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 27 Noyabr 2018-ci il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qurumun mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.