adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Noyabr 2018 16:01
13713
MƏMLƏKƏT
A- A+

Böyrək köçürülməsi gənc qadını intihardan daşındırdı

Böyrək köçürülməsi gənc qadını intiharın bir addımlığından geri qaytarıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) Trend-ə verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 31 yaşlı qadın "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edəndə ağır depressiv vəziyyətdə idi. Psixiatrik xidmətin konsiliumundan dərhal sonra antidepressiv medikamentoz terapiyaya başlanılıb, eyni zamanda pasiyentə böyrək köçürülməsi əməliyyatı planlaşdırılıb:

"Psixiatrların xüsusilə vurğuladığına görə, xəstə ağırlaşmış vəziyyətdə daxil olub. Situasiyanın mürəkkəbliyi xroniki böyrək çatışmazlığı ilə yanaşı, həm də ağır depressiv vəziyyətin mövcudluğunda idi. Psixiatrlar və pasiyentin yaxınları gənc qadının intihara cəhdinə görə ehtiyat edirdilər. Zəruri hazırlıqlar aparıldıqdan sonra ən qısa zamanda pasiyentə anasının böyrəyi köçürüldü".

Uğurla keçən əməliyyat sonrası pasiyent yenidən həyata dönüb. Psixi vəziyyəti isə anidən bərpa olunub. Bir neçə gündən sonra qızı və anası tam sağlam şəkildə evə yola salınıb.