adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Noyabr 2018 16:29
5552
HADİSƏ
A- A+

Bakıda mağazadan 40 ədəd telefon oğurlanıb

Bakıda mağazadan 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlanıb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi rayon Polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.