adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Noyabr 2018 16:17
12003
DÜNYA
A- A+

Rus hərbçilərini öldürən suriyalılar interpola verildi

Rusiyanın İstintaq Komitəsi Suriyada xidmət keçən rus hərbi qulluqçularının ölümündə əli olanların kimliyini müəyyənləşdirə bilib. 

Adalet.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, söhbət Su-24M bombardmançı təyyarəsinin pilotu Oleq Peşkov və dəniz piyadası Aleksandr Pozniçin öldürülməsindən, həmçinin, 2015-ci ildə Suriya sərhəddində Türkiyə tərəfindən vurulmuş Su-24 təyyarəsinin şturmanı, kapitan Konstantin Muraxtnin həyatına qəsdə cəhddən gedir.

Bildirilir ki, əldə edilən sübutların məcmusuna əsaslanaraq, Suriyanın 9 vətəndaşının cinayət işinə cəlb olunması barədə qərar çıxarılıb. Onların hər biri beynəlxalq axtarışa verilib.

"Onların hər biri qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak, həmçinin, iştirak dərəcələrinə görə, cinayət törətmək və cinayətə təşəbbüsdə, ölənin cəsədi üzərində alçaldıcı hərəkətlər etməkdə, silahların, döyüş sursatları və şəxsi mülkiyyətin oğurlanmasında ittiham olunurlar” - İstintaq Komitəsinin məlumatında yazılıb.