Tiflisin mərkəzində atışma: yaralılar var
Gürcüstan paytaxtı Tiflis şəhərinin mərkəzində yerləşən "Meydan” restoranı yaxınlığında atışma olub.
Report-un məlumatına görə, ötən gecə baş verən insident zamanı 2 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin Gürcüstan Prezidentinin kürəkəninin dostu Tornike Kaçaravanın qardaşı olduğu bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. İnsidentin detalları barədə əlavə məlumat verilmir.