adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Noyabr 2018 11:11
13266
KRİMİNAL
A- A+

Daxili orqanlarında ölkəyə heroin keçirmək istəyən İran vətəndaşları saxlandı - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­liyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, noyabrın 19-da"Biləsuvar” dövlət sərhə­din­dən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azər­bay­cana gələn İran və­təndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sər­həd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılıb.

Noyabrın 20-dəhəyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının "Göy­təpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qara­vul­daş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılan 1 ədəd bağlamada 990 ədəd "Meta­don” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə aşkar edilərək götürül­üb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.