adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Noyabr 2018 11:05
11715
KRİMİNAL
A- A+

Axtarışda olan 25 nəfər saxlanıldı

Noyabrı ayının 22-dən 23-dək daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə,Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 22-si "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.