adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Noyabr 2018 19:44
10388
DÜNYA
A- A+

Ərəbistanda leysan yağışları 35 nəfərin canını aldı

Səudiyyə Ərəbistanında aramsız leysan yağışları nəticəsində yaranmış daşqınlar böyük dağıntı və insan itkisinə səbəb olub.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi bildirib ki, insan tələfatı krallığın 10 regionunda qeydə alınb. Daha çox insan - 11 nəfər Məkkədə həlak olub.

Həmçinin yağışdan ziyan çəkmiş regionlardan 4 mindən çox sakinin təxliyə edildiyi bildirilir.

Birləşmiş Ərəb Əmirlikləri, Qətərdə də güclü siklon müşahidə edildiyi qeyd olunur.