adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Noyabr 2018 18:48
8076
MƏMLƏKƏT
A- A+

Qeyri-etik görüntüləri yayılan aparıcı işdən qovuldu

ARB Kəpəz telekanalının aparıcısı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb.

Bu barədə Report-a televiziyadan bildirilib.

Qeyd olunub ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib.

"Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilib yapışdırılmaqla internet-auditoriyaya məhz bu cür də təqdim olunub. Məsələ ilə bağlı hazırda daxili araşdırma aparılır. Bu məsələnin digər bir tərəfi də var. Belə hallarla tez-tez rastlaşmaq olur. Adətən, bu cür hallara görə aparıcılar cəzalandırılmır. Lakin biz hesab edirik ki, aparıcı təkcə efirdə deyil, efirdən kənarda da etik normaları qorumalıdır. Buna görə də ARB Kəpəz telekanalının rəhbərliyi həmin aparıcını işdən azad etməyə qərar verib. Bu həm bizim telekanalımızın, həm, ümummiyyətlə, televiziya sahəsində çalışan hər bir kəs üçün örnək olmalıdır" - deyə məlumatda bildirilib.