adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Noyabr 2018 18:16
13198
KRİMİNAL
A- A+

Kafedə içdi, tanışının qulağını kəsdi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışına xəsarət yetirməkdə təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı İ.İbrahimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Proses davam edir.

İttihama görə, bu il iyunun 10-da Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ.İbrahimli Şahin Əliyevlə mübahisə edib və şüşə qırığı ilə onun qulağını kəsib. Hadisəni törədən İ.İbrahimli həbs edilib.