adalet.az header logo
  • Bakı 13°C
22 Noyabr 2018 18:08
11008
İDMAN
A- A+

Azərbaycan üzərində qələbəyə görə 500 min avro mükafat

Kosovo hökuməti milli komandanın UEFA Millətlər Liqasındakı uğurlu çıxışına biganə qalmayıb.

Adalet.az qol.az-a istinadən xəbər verir ki, ölkə rəhbərliyi son turda yığmamızı məğlub edərək, adını pley-offa yazdıran komandanı mükafatlandırıb. Qazanılan uğurlu nəticəyə görə, milliyə 500 min avro mükafat verilib.

Qeyd edək ki, son oyunda millimizi 4:0 hesabı ilə məğlub edən Kosovo qrupu ilk pillədə tamamlayaraq, C liqasına vəsiqə qazanıb.