adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Noyabr 2018 17:28
15517
KRİMİNAL
A- A+

305 metadon həbi dövriyyədən çıxarıldı - 1 qadın həbs edildi

Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Z.Abdullayeva saxlanılıb.

Ondan güclü təsiredici xüsusiyyətə malik 305 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.