adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Noyabr 2018 16:37
13125
İQTİSADİYYAT
A- A+

“Neftin qiyməti 50 dollara qədər düşəcək”

Uzunmüddətli perspektivdə neftin qiyməti 2025-2030-cu ilə qədər50dollar/barelə qədər aşağı düşəcək.

Adalet.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziriMaksim Oreşkin2036-ci ilə qədər uzunmüddətli makroproqnozun nəzərdən keçirildiyi hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Hesablamalarımıza görə, 2025-2030-cu ilə qədər neftin qiyməti, təxminən,50dollar/barel səviyyəsində olacaq və ardından real olaraq bu səviyyədə qalmağa davam edəcək", - nazir deyib.