adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Noyabr 2018 16:15
7878
GÜNDƏM
A- A+

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov cənablarına

Hörmətli Fikrət müəllim!

Sizi və Sizin şəxsinizdə Azərbaycanın bütün Ədliyyə işçilərini, Azərbaycan Ədliyyəsinin yaranmasının 100 illiyi münasibəti ilə ürəkdən təbrik edir, Sizə və rəhbərlik etdiyiniz sahənin bütün təmsilçilərinə can sağlığı, işlərinizdə uğurlar arzu edirəm.

Hörmətli Fikrət müəllim!

Biz yaxşı bilirik ki, Ümümmilli Liderimizin diqqət və qayğısı sayəsində Ədliyyə sistemimiz özünün formalaşmasını, dünya ədliyyəsinə inteqrasiyasını təmin etməklə, Müstəqil dövlətimizin ən zəruri qurumlarından birinə çevrildi. Bu gün də Prezidentimiz Cənab İlham Əliyevin bilvasitə diqqət və qayğısı, Sizin rəhbərlik etdiyiniz sahənin daha da təklmilləşməsinə, maddi-texniki bazasının möhkəmlənməsinə, qanunçuluğun inkişaf etdirilməsinə şərait yaradıbdır. Məhz Sizin rəhbərliyiniz altında ölkə ədliyyəsi insan haqlarının qorunması, demokratiyanın çiçəklənməsi, ən əsası dövlətimizin huquqi bazasının möhkəmləndirilməsi barəsində böyük işlər görülür.

Hörmətli Fikrət müəllim!

Bu əlamətdar gündə 100 yaşlı Ədliyyəmizin bütün təmsilçilərini bir daha təbrik edir, Azərbaycanımız naminə gördüyünüz işlərdə sizə uğurlar diləyirəm.

Hörmətlə, Millət vəkili Aqil Abbas və "Ədalət" qəzetinin kollektivi