adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2018 16:04
25169
HÜQUQ
A- A+

Qaynını məhkəmənin qarşısında çəkiclə vurub öldürdü - SƏBƏB?

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı noyabarın 29-a təyin edilib.

Xatırladaq ki, E.Məmmədov qaynı Mərkəz Quliyevi qətlə yetirib.

İttihama görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib və Bakıda yeznəsi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Buna görə onların arasında mübahisə düşüb, iş məhkəməyə verilib.

Məhkəmə binasının qarşısında E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. E.Məmmədov yerdə M.Quliyevə daha 9 zərbə endirib.

Xəstəxanaya yerləşdirilən M.Quliyev orada ölüb.