adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AQİL ABBAS: TÜRKİYƏDƏ «AZAN» DAVASI

AQİL ABBAS
53292 | 2018-11-27 10:04

AmerikalılarMarsda şəhər salmağa hazırlaşırlar, ruslarda kosmodrom tikmək istəyir, deyəsən bir azərbaycanlı da ordan torpaq alıb mikrorayonsalmaq arzusundadı.

QardaşTürkiyədə isə XXI əsrin 18-ci ilində azandavası gedir: ərəbcə oxunsun, yoxsa türkcə?

Bircəonu bilirəm ki, İslamın intibah dövründə ərəblər «Quran»ı bütün dillərə tərcümə etdirsəydilər, indi İslam dünyaya hökmranlıqedirdi.

Mən özüm yorulanda, bir az ruhdan düşəndə azanı dinləyirəm. Özü də Məhəmməd ağa Müctehidzadəninoğlu Hafizin ifasında. Bu azan Ağdam məscidinin minarəsindən oxunan sonuncuazan kimi məşhurdu. O ilahidən gələn sözlərilahi musiqinin sədaları altında ilahi birsəslə adamın ruhuna hopur, qanınahopur, sanki günahlarını yuyur, özünüanadan təzəcə doğulmuş uşaq kimi tərtəmizhiss edirsən. Və özü dəgözlərimi yumub qulaq asıram, elə bilirəm Ağdamdayam. Bir günbu azanın yenidən Ağdam məscidininminarəsindən səslənəcəyinə və eşidəcəyimə Allaha inandığım qədər inanıram.

Azanı türkcəeşitməmişəm və türkcə də necə səsləndiyindən xəbərimyoxdu. Qulaqlarımız ərəbcəyə öyrənib və bizə belə xoş gəlir. Gərək Hafizitapam ondan xahiş edəm ki, türkcə oxusun, görəknecə alınar. Əgər alınsa, ruhumu oxşayarsasayta yerləşdirərəm, siz də dinləyərsiz.

Vəbugünki saytda Hafizin azanını yenidən yerləşdirirəm, ruhunuzu oxşayar, qarabağlılar da gözlərini yumub dinləyər,elə bilərlər Qarabağdadırlar.

Yuxarıda «Quran»ın başqa dillərə tərcüməsinətoxunmuşdum. Hələ tələbəlikdən bu Müqəddəs Kitabdakı Allah kəlamlarınıbilmək istəyirdim. Təbii ki, ərəbcə bilmirdim, yas yerində də mollalar özlərinə sərf eləyənləri danışardılar. Nəhayət, universitetdə oxuyanda ruscasını tapdım, gərək ki, Vaşinqtonun tərcüməsində. Təbii ki, istədiyimə nail ola bilmədim, rus dilini o incəliklərinə qədər bilmirdim. Və həm də rus dili mənə elə gəlirdi ki, ərəb diliylə müqayisədəkasıb olduğundan tərcüməni anlamaq çətindi.

Sonratələbə yoldaşımız Ramiz Əsgər Süleyman Atəşin tərcüməsində türkcəsini tapıb gətirdi, biz də surətçıxarma aparatında üzünü çıxarıb yaxın dostlararasında paylaşdıq. Mən birini şair Vaqif Cəbrayılzadəyə verdim, birini də atama göndərdim. Amma yenəistədiyim alınmırdı, çünki həmin dövrdətürkcəni elə dərindən bilmirdim. Amma hərhalda, bu Müqəddəs Kitabla tanış ola bildim. Atam dadeyirdi ki, sənin hələ elə yaşındıkı «Quran»ı dərk edə bilməzsən. Sənəvvəlcə İslamı öyrən, bir az ağıllanandan sonra yenidənoxuyarsan.

Qəribəbir hadisə baş verdi. Ramiz Əsgər dedi ki, 1870-ci ildə «Quran» təmiz Azərbaycandilinə tərcümə olunub və Vatikanda çap edilib, çalışıb onun bir surətini tapıb sənə verəcəm. Və tapdı da. Mən də həmin kitabın surətini çıxarıb birini bağışladım gözəl insan, gözəlziyalı və İslam dininimükəmməl bilən Sadıq Murtuzayevə.

Allahaşükür ki, sonralar «Quran» Ziya Bünyadovun, Vasim Məmmədəliyevin tərcümələrində dəfələrləçap olundu. Eləcə də ən mükəmməl tərcümələrdənbirini də Nəriman Qasımzadə elədi. Yəni bu xalq öz dilində «Quran»ı oxuya bildi. Və birdənmənə elə gəlir ki, «Quran» göydən enən kitablarınən mükəmməlidi. Eləcə də ən sirlisidi. Və 1500 ildi alimlər, dəxli yoxdu müsəlman, yaxristian alimləri bu MüqəddəsKitabdakı sirrləri açmağa çalışırlar,hələ tam açıb bitirə bilməyiblər.

Məno qədər də dindar adam deyiləm. Amma Allahımı, Peyğəmbərimi və İmamlarımı sevir və sitayiş edirəm. Bir İmam Hüseyn sevdalısıyam.

«Quran»daAllah tərəfindən buyurulanlara əməl eləmirik, eləsəydik dünyanın yiyəsibiz olardıq, oturub XXI əsrdə onuntürkcə, yoxsa ərəbcə səslənməsinimüzakirə edirik.

Vəonu da deyim ki, Allah ərəb deyil. Sadəcə olaraq, seçdiyi sonuncu peyğəmbərərəb olduğuna görə Müqəddəs Kitabıərəbcə nazil edib.

Azandartışması ilə əlaqədar «Sözçü» qəzetində SönərYalçının çox maraqlı bir məqaləsini oxudum. Belə qərara gəldim ki, həmin məqaləyləsiz də tanış olasınıız.


TƏQVİM / ARXİV