adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Noyabr 2018 14:34
86713
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Alman, fransız türk Parisdə girirlər muzeyə. Muzeydə məşhur bir rəssamın Adəm və Həvva ilə bağlı möhtəşəm bir əsəri var. Əsərdə belədi ki, hər ikisi cənnətdədi, ayıb yerləri də əncir yarpağı ilə örtülüdü, Həvva əlindəki almanı Adəmə uzadır (mən həmin əsəri özüm də görmüşəm, çox möhtəşəmdi). Alman əsərə baxıb deyir:

- Bir onların bədən quruluşlarına baxın. Belə gözəl bədən quruluşu yalnız biz almanlarda olur. Əsl almandılar.

Fransız deyir:

- Baxın, Həvva necə gözəl, Adəm necə yaraşıqlı bir centlmen. Əsl fransızdılar.

Təməl də onlara etiraz edir:

- Boş-boş danışmayın, ikisi də türkdü. Baxın, yarıçılpaqdılar, əyinlərinə paltar almağa imkanları yoxdu, yeməyə də bircə dənə almaları var, özləri də elə bilirlər cənnətdədirlər.