hacklink Adalet.az | Fatih Terim "Ədalət"ə danışdı: Futbolçuları döymək lazımdı... Adalet.az | Fatih Terim "Ədalət"ə danışdı: Futbolçuları döymək lazımdı... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Fatih Terim "Ədalət"ə danışdı: Futbolçuları döymək lazımdı...

Fatih Terimlə xəyali müsahibə

41513    |   2018-11-25 10:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az məşhur baş məşqçi Fatih Terimlə Oğuz Ayvazın xəyali müsahibəsini təqdim edir.


-Fatih hoca necəsiz? Hazırkı "Qalatasaray”ın vəziyyətindən razısız?

- Həmd olsun, yaxşıyam. "Qalatasaray” ürəyimdə taxt qurmuş bir klubdur. Mənim ən dəyərli xəzinəmdi. Hazırkı vəziyyəti heç də ürək açan deyil. UEFA bir yandan, klubumuzun prezidenti bir yandan, bir yandan da zədələr əl-qolumu bağlayıb. Başqanımız istədiyim oyunçuları ala bilmir. Mən də əlimdə olan oyunçularla kifayətlənirəm.

-Demək istəyirsiz "Qalatasaray”ın zəifləməsi prezident Mustafa Cengizin günahıdı?

-Bəli, elədir ki var.

-Bəs qorxmursuz ki, o sizi işinizdən azad edər?

-Məni heç bir Allahın qulu sevdiyim komandadan ata bilməz. Biz qorxmağı anamızın bətnində qoymuşuq. Kim məni qorxuda bilər ki?


-Bir az da öz həyatınızdan danışaq. Fatih Terim məişətdə necə insandı?

-Ailəmi, nəvələrimi sevən biriyəm. Ancaq hər kəs yemək süfrəsinə vaxtında gəlməlidir. Gecikən qızım da olsa, onun saçını-başını yolaram. Bir dəfə qardaşım oğlu yeməyə gecikmişdi. Ona yaxşı bir osmanlı şilləsi ilişdirdim. Yerə sərildi. Sonra ayağa qaldırıb, onu əzizlədim. O da dedi ki, Fatih əmi, ya sev, ya döy (gülür).


- Sizi Levent Kırca ironiya eləmişdi. Geyinmə-soyunma otağında futbolçuları döyürdünüz...

- Hə, baxmışam o videoya. Levent istedadlı adam idi, Allah rəhmət eləsin. Arada tutmam tutur, bir-iki dəfə Hakan Şükürün təpəsinə bir qappaz ilişdirdiyim olub. Döymək lazımdır, məncə. O zaman futbolçu formada olur.


-Sizin haqqınızda deyirlər ki, sərt xarakterlidi, söyüşcüldü, davakardı. Bunlarla razılaşırsız?

- Onu deyənin yeddi kökəni (söyür). Məni paxıllayan insanlardı hamısı. Üstümə cürbəcür şərlər atırlar. Birincisi, mən türkəm. Türk kişisi də sərt olar, sözünü deyər. Söyüş söyməklə tərbiyəsiz olursansa, o zaman bəşəriyyətin özündə əxlaq problemi var.


-Arda Turanla niyə küslüsüz?

-Arda "Barselona”ya transfer olanda fəxr eləmişdim ki, "Qalatasaray”ın yetirməsi dünyaya səs salacaq. Amma Ardanın əsl kimliyini üzə çıxaran pul oldu. Pul onu qudurtdu, harınlatdı. Hakimə əl-qol atdı, restorana silahlı basqın elədi. Hansı birindən danışım ki? Yazıqlar olsun! Əlinə əxlaqsızlıq fürsəti keçməmiş insanların, əxlaqlıyam deyə hikkələnməsinə haqqı çatmır.


-"Fənərbağça”nı illərdir səfərdə məğlub edə bilmirsiniz? Bu mövsüm tilsimi qıra biləcəksiniz?

-Biz "Qalatasaray”lıyıq. Bizim kimsədən qorxumuz yoxdur. Bu belə də bilinsin. "Fənərbağça”nın bəxti çox gətirdi. Hər dəfə qələbəni əlimizdən qaçırtdıq. Bu dəfə onların tüklərini evlərində yolacağıq. Bundan əmin olun. Sizə Fatih Terim sözü verirəm.


-Fatih müəllim, Azərbaycan futbolu haqda nələrə düşünürsünüz?

-Azərbaycan bizim qardaş ölkəmizdi. Biz eyni xalqıq. Di gəl onlarda futbol inkişaf tempini gah artırır, gah da azaldır. O gün Kosovaya uduzmaqları məni yaman əsəbləşdirdi. Kosova dünənki uşaqdı. Azərilər hələ də topun nə demək olduğunu anlamırlar. Onların Fatih kimi bir hocası yoxdu ki, sala onları təpiyin altına, onda görün necə oyun oynayırlar. Mən məşqçi olduğum zamanlarda həmişə bu taktikaya əl atmışam. Hər zaman da yaxşı nəticələr verib.



İmza:Oğuz Ayvaz

“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!”

Xalq yazıçısı Anar: "Türkiyə türkcəsinin ünsiyyət dili kimi qəbul olunması..."

Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov

Əli Hüseynli: - "Hüquqşünasların parlamentdə təmsil olunması zərurətdir" - MÜSAHİBƏ

Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı

Aydın Bağırovun ingilis jurnalistə dediyi sözlər

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Aqil ABBAS: "Mən bu Komitənin işi ilə maraqlanmamışam"

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

Qarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”

“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO