adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Noyabr 2018 11:21
4584
MƏMLƏKƏT
A- A+

Yağış gündüz saatlarında da davam edəcək

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 9-13, dağlarda 0-2 dərəcə isti təşkil edəcək.