adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Noyabr 2018 10:16
10735
DÜNYA
A- A+

Yağış elə yağdı, bərəkət yox, ziyan gətirdi

Son bir neçə gün ərzində yağan güclü yağışlar və sel İranın Kohgiluyə və Boyer-Əhməd vilayətinin kənd təsərrüfatına 314 milyard rial (təxminən 7,47 milyon dollar) ziyan vurub.

Adalet.az-ın məlumatına görə, vilayətin kənd təsərrüfatı idarəsinin direktoru İlyas Tacəddini deyib ki, 830 hektar əkin sahəsinə, su quyularına, kanallara, suvarma sistemlərinə, yollara ciddi ziyan dəyib.

Qeyd edək ki, İranın Kohgiluyə və Boyer-Əhməd vilayətində ildə 850 min ton kənd təsərrüfatı məhsulları istehsal olunur.