Əbülfət MƏDƏTOĞLU: YAZACAM
Ürək dindikcə - hər gün
Sənə şeir yazacam...
Özü də sənlə bağlı -
hər nə deyir - yazacam!..
Açacam yara könlü...
bu günü qara könlü...
dərd çəksə hara - könlü -
edib seyir , yazacam...
And yerim olan gülüm,
Küsmə , başına dönüm!
İçimdən hər gün ölüm -
məni yeyir , yazacam !..