Nicat NOVRUZOĞLU: ƏZİYYƏT ÇƏKƏN DƏ YOL POLİSİ, SÖYÜLƏN DƏ

NİCAT NOVRUZOĞLU
72142 | 2018-11-22 10:09

İşıqforlaraBakı Nəqliyyat Agentliyi nəzarət edir. Eləcə dəavtomobillərin qeyri-qanuni yerlərdə saxlamasına da nəzarəti BNA həyatakeçirir. Tıxacların aradan qaldırılmasıda BNA-nın üzərinə düşür. Belə bir təşkilat yaradılmışdı – Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, deyəsən, adı beləydi.Milyonlarla pul xərclənmişdi, guya ən müasir texniki avadanlıqlaralınmışdı. Gərək ki, bu idarə də BNA-nınnəzdindədi. Amma baxırıq ki, bu mərkəzin işi sıfırabərabərdi.

Şəhərimizinsakinləri günün bəzən iki, bəzən dörd saatınıtıxaclarda «kef eləməklə» məşğuldu. Və tıxacların aradan qaldırılması da hələ ki üfüqdə görünmür.

Bəli,bu təşkilatlar BNA-nın tabeliyindədi.

Baxırsan,işıqforlar işləmir, özü də iki saat, üç saat, bəzən daha çox . Və yol polisi məcbur olub hərəkətin təhlükəsizliyini təmin etmək üçün BNA-nın görməli olduğu işi görür. Altmış il bundan əvvəl olduğu kimi,ən azı iki polis əllərindəki çubuqla hərəkəti tənzimləməyə çalışır.

Baxırsanki, hamı tıxaclara görə yol polisini günahlandırır.Bu işə məsuliyyətli olan təşkilat heç kəsinqınağına tuş gəlmir..

Şənbəgünü iki toya dəvət olunmuşdum. Biri Babək prospektində, biri də Ukrayna dairəsinin aşağısında. Babək prospektində saat yarım tıxacdaqaldım. Əgər yol polisi olmasaydıyəqin ki, elə tıxaclarda gecələyəcəkdim.Həm işıqforlar olan yerlərdə, həm də dairəviyolların hər birində 3-4 yol polisi əməkdaşıqan-tərin içində tıxacı aradan qaldırmağaçalışırdı. Bu, hər gün səhər də belədi, axşam da.

Nəqliyyatınİntellektual İdarəetmə Mərkəzi normal fəaliyyətgöstərərsə, alternativ yolları vaxtında sürücülərə çatdıra bilərsə, yolların yükünüdüzgün bölərsə, yollarda bir qədər rahatlıqyarana bilər. Və yol polisləri də özləriniələk-vələk eləməzlər.

Əziyyət çəkən də yol polisi, söyülən də.

Əslindəişıqforlar da, dayanacaqlar da, eləcə də Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də Dövlət Yol Polisinin səlahiyyətində olmalıdı. Yox, əgər yol polisininsəlahiyyətindən alınıbsa, onda yuxarıdagöstərdiyim problemləri də buyursunlar, həmintəşkilatın əməkdaşları yerinə yetirsin. Yox, əgər bunu bacarmırlarsa, buyursun, hökumət həmin səlahiyyətləri yenidən Dövlət Yol Polisinə qaytarsın.


TƏQVİM / ARXİV