İçəndə səhvlərini etiraf edən adam - Eminquey yazır

EMİNQUEY AKİF
51103 | 2018-11-20 13:36

Taxtalarla bəzənmişdivarlarına baxanda ağacların hələ də bu kafedə nəfəs aldığını düşünürdüm. Eləki adamlar gəlməyə başladı, sulu qəlyanlar qızışdı, divarlara baxıb kədərlənirdim.Deyirdim, yəqin indi bu ağaclar boğular, tüstüdən nəfəsi kəsilər. Kafe hər dəfəboşalanda silib-yığışdırdığım masalara, üstündəki yazılara, divanların didilmişyerlərinə baxanda bilirdim ki, burada oturan insanlar çox darıxan adamlar olub.Darıxdıqlarından masanın üstünü yazıblar, divanı didişdiriblər. Hər dəfə oyazıları masadan siləndə, divanın didilmiş yerlərini tikəndə onlarındarıxdıqları yerə toxunurdum sanki.

Uşaqlıqdanbirlikdə böyüdüyüm xalamoğlu da mənimlə bu kafedə işləyirdi. Axsaq yerişiləqapıdan içəri girdi. "Ooo, salam olsun xaloğluna! " dedim. Dilxor-dilxorsalamlaşıb həmişə oturduğumuz yerdə əyləşdik.

- Nə olub? Niyə dilxorsan?

Nadir bir azqapalı adamdır. Onun dərdini öyrənənə kimi adamın özü də dərdə düşər. Qalınqaşlarını gözünün üstünə salıb, dərindən ofuldayıb dilləndi:

- Kollecin pulunu düz-qoş eləməliyəm. Maaşlaalınmır.

- Hmm... Kredit götürə bilməzsən?

- Elə onun dilxoruyam da. İki bankla danışdım, vermədilər.

- Əşşi dərd eləmə, müdirinə deyərsən, köməklik eləyər.Elşən başa düşən adamdı. Mənim imtahanlarımın vaxtına da hələ var. Yığdığımpulu da verərəm sənə. İşini aşırıb sonra qaytararsan mənə.

- Sənin vəziyyətin guya yaxşıdı ki?

- İndi neyləyək, düz-qoş edərik, narahat olma.

- Bu da həyatdı? Əlininkini Vəliyə, Vəlininkini ...

***

Günortadır.Hələ də müştəri yoxdur. Otaq bu gün elə təmizdir ki. Nadir qəlyan aparatlarınıtəmizləyir. Birdən qapı açıldı. Üstü-başı təsbeh, qolbaq, saat dolu bir adamgirdi içəri:

- ..... ..... .... ..... .... .

Əl-qol hərəkətləriilə gah beş barmağını, gah da üç barmağını göstərirdi. Danışa bilməyən bu adambizə demək istəyirdi ki, saatlar 5 manata, təsbehlərsə 3 manatadır.

Başbarmağımla işarə barmağımı bir-birinə sürtdüm, sonra iki əlimi də bir-birinəçarpaz şəkildə tutdum.

- Pul yoxdur...

Allahın bizəgöndərdiyi bir neçə dəqiqəlik səssiz söhbət lal bir adamın həyatda qalmaq üçünapardığı mübarizənin reklamı idi. Reklam fasiləsi bitdi, kişi Nadirin dilxorhalını alıb kafedən çıxdı.

***

Darıxırıq.

Neçə saatdırki, kafeyə o lal kişidən başqa girən yoxdur. Xalaoğlu dilləndi:

- Heç kefim yoxdu.

- Elə mənim də.

- Nəsə eləmək lazımdı.

- Nə eləyəcik ki?

- İçək bəlkə?

- Pul var ki?

Bunu deyibbir az dayandım. Ortaya çökən sükutu pozdum:

- Nadir, dünəndən bir az pul qalıb məndə. Çayvoytutmuşdum. Gözlə!

Tez gödəkçəmigeyinib kafedən marketə çıxdım. 20 şüşə pivə, bir az çərəz-çürəz, bir qutu dasiqaret alıb marketdən çıxdım. Kafenin qapısını açıb ayağımı içəri qoyan kimibağırdım:

- Xaloğluuuu, bugün kafeni bağlatdırıram. Vəssalam,bu gün bu kafe bizə işləyəcək.

- Hə, elə müdir də onu deyir.

Gülüşdük.

Nadirdostuna zəng vurub bu gün işdə onu əvəz eləməyini və günün axırında 10 manatpul veriləcəyini dedi. Hə, artıq hazırlıq görmüşük. İçib özümüzü idarə edə bilməsək,Teyyub bizim yerimizə işləyəcəkdi. Nadir ona axşam saat 6-dan sonra gəlməyinitapşırdı.

Pivə şüşəsininbirini açdım, fujelərə süzdüm, çərəzi boşqaba tökdüm. Başladıq içməyə.

- Bəlkə bu gün hamısını içməyək, sabaha da qalsın.

Nadir:

- Yox e, elə bu gün içək, görək kim çox içir.

- Zalımın balası, oğru qovmuruq ha, vur-tut 20 şüşəpivəmiz var.

***

4 şüşənihaqladıq.

Nadirə dedimki, əgər pis vəziyyətdə olsam, məni evə yox, Dənizin yanına aparın. Anam mənibelə görməsin. Evdən narahat deyildim. Anam bilirdi ki, iş vaxtım hərdən beləcəuzana bilir, üstəgəl də xalaoğluyla birlikdəyəm.

Nadirindilxor simasında indi gülüş donub qalmışdı. Elə hey gülürdü.

- Nadir, yadındadı, bir dəfə içib nə günə qalmışdıq?

- Hə yadımdadı.

- Bir dəfə də...

... dayım özyerinə cibimə 50 manat qoyub toya göndərmişdi. Xeyli vaxt idi ki arağa tövbə eləmişdim.Amma oturduğum masa bunu demirdi. Bu masadan da ayıq başla durmaq olar? Yox.Masadıkı konyak şüşəsinə gözüm sataşdı. Araq olmasın, konyak olsun. Konyak dolufujemi onların araq rumkalarına vura-vura sərxoş olub bir də gördüm ki, konyakqurtarıb. Ayağa qalxdım, tanımadığım adamlarla rəqs eləyib, pulu yazdırıbrestorandan çıxdım. Heç indiyə kimi bilmirəm ki, pulu qız evinə yazdırmışdım,yoxsa oğlan evinə.

Fırlana-fırlanaməhəlləmizə çatdım. Gördüm ki, bu vəziyyətdə evə girmək olmaz. Anam başıma oyunaçar. Məhlə uşağımın qapısına getdim.

- Şahin, qardaşını da götür, gedək kompüterə. Biraz başım açılsın.

Kompütersalonu başıma fırlanırdı. Yerimdə otura bilmirdim. Böyükağanı çağırdım, dincəldim.

Ordan da yerpulunu verib qayıtdıq evə.

Evə necəgirməyim, nə danışmağım elə də yadımda deyil. Bircə onu bilirəm ki, anam üç günmənimlə danışmadı.

Bunu danışıbbitirmişdim ki, Nadirin üzündəki gülüşün donu açıldı.

Sən demə,artıq 10-cu şüşənin də başını yerə qoymuşuq.

..a. ...c. ...k. ... ..i. ... ..ə. ... ..i .

Bu nöqtələrinyerlərindəki hərfləri tapsam yazımın bu yerində o biri şüşələri necəhaqlamışdıq onu yazardım, heyf ki yadımda deyil.

Sən demə,Nadir məhlədən uşaqlara zəng vurub, çağırıb və məni bir xeyli sürüyə-sürüyə Dənizinyanına aparıblar. Yazıq qız, məni divana uzadıb. Sonra halım pisləşib, mədəmağrımağa başlayıbmış. Dəniz nanəli çay içizdiribmiş ki, bəlkə xeyri oldu.

Gecəninyarısını keçmiş Dəniz qoluma girib məni məhəlləyə çıxardıbmış. Bəlkə gəzişsəmhava mənə xoş təsir eləyər deyə. Mən axmaq da bir pis xasiyyətim var. İçdimsəya kimi tapdım öpürəm, ya küsdüyüm adamlarla barışıram, ya da öz zir-zibillərimiaçıb danışıram. Elə Dənizi də öpə-öpə nə səhv eləmişəmsə danışmışammış.

Səhəraçıldı.

Dəniz:

- Oooo, sabahın xeyir, kefli İsgəndər.

- Saat neçədi?

- 9...

- Dünən çox pis idim?

- Hələ bir soruşursan da?

- Kişi içər də!

- Hə, sən arada belə iç.

- Niyə?

- İçəndə nə zibil qaynatmısansa hamısını açıbdanışırsan. Üzümdən də o qədər öpmüsən ki, bundan sonra bir il də öpməsən,ruhum inciməz.

Şaqqanaq çəkdik.

Yazının baş qəhrəmanınandan qeyd: Bundan sonra nə olubsa olub, çox da fikirləşməyin.Çox güman ki, anam məni yaxşıca danlayıb, eynə bir neçə gün danışmayıb, sonraisə onu da öpüb, qucaqlayıb yola gətirmişəm, barışmışıq. Olan şeydi. Bir şeyideyim ki, mən o vaxtdan bəri hər içki içəndə evə necə gəlməyimi düşünürəm, buhadisələr yadıma düşür və qədərimi bilib dayanıram. Əşşi, inanın, mən hələindiyə kimi içkidən xüsusi bir həzz ala bilməmişəm. Axı içkidə ləzzətli nə var ki?

Müəllif: "Zakuska”. İnan ki, insanlar içkini də, çayı dayanındakı çərəz-çürəzə görə içirlər.

TƏQVİM / ARXİV