adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Noyabr 2018 11:43
9378
MƏMLƏKƏT
A- A+

Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Gəncə İcra Hakimiyyəti

"Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışdadağıntılar altında qalanların hamısı artıq tapılıb. Uçqun altında qalmama ehtimalı olanlar daha yoxdur”.


Bu barədəModern.az-a Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov bildirib.

H.Məmmədov qeyd edib ki, dağıntılar altından meyiti çıxarılanların sayı 3-ə çatıb, 1 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.