adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Noyabr 2018 10:40
5982
HADİSƏ
A- A+

Gəncədə partlayış nəticəsində 1 nəfər hərbçi dağıntılar altından sağ çıxarılıb

Gəncədə yaşayış binasında baş verən partlayış zamanı daha 1 nəfərin dağıntılar altda qaldığı ehtimal edilir.

Adalet.az-ın məlumatına görə, yaşayış binasının partlayış baş verən giriş blokunun 1-ci mərtəbəsində 2 nəfər kirayədə yaşayırmış. Hadisədən sonra həmin şəxslərdən birinin meyiti dağıntılar altından çıxarılsa da, digər bir nəfərin axtarışları davam etdirilir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Məlumata görə, 4 mərtəbəli yaşayış binasının 1-ci blokunun üst mərtəbələrində yaşayış olmayıb.

Xatırladaq ki, Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.