Gəncədəki yaşayış binasında partlayış - Ölən və yaralananlar var - YENİLƏNİB
Daha bir nəfər qadın dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb.
Təcili tibbi yardım qüvvələri hadisə yerindədir. Dağıntılar altında qalanların axtarışları davam etdirilir. Ərazidə xilasetmə işləri davam etdirilir.
Adalet.az "Report"a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.
İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Əlavə məlumat veriləcək.