adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Noyabr 2018 19:29
10890
DÜNYA
A- A+

Meşə yanğınları ABŞ-a 13 milyard ziyan vurub

Kaliforniyada baş verən meşə yanğınları ölkəyə 9-13 milyard dollar həcmində ziyan vurub.

Adalet.az xəbər verir ki, bu barədə qlobal risklərin modelləşdirilməsi üzrə kompaniya (RMS) məlumat yayıb.

Bildirilib ki, Kaliforniyanın şimalında tüğyan edən "Kemp” yanğını dövlətə 7,5-10 milyard dollara, ştatın cənubunu bürüyən "Vulsey” yanğını isə 1,5-3 milyard dollara başa gələ bilər.

Qeyd edilib ki, bu qiymətləndirməyə mülkiyyətə və avtomobillərə vurulan zərər, təsərrüfat fəaliyyətinin dayanmasından dəyən ziyan və insanların yaşayışına çəkilən xərclər daxildir.