adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Noyabr 2018 18:03
21382
TEXNOLOGİYA
A- A+

Belarus Azərbaycana yeni silahlar verəcək

Minsk və Bakı hərbi texnikanın növbəti partiyasının Azərbaycana çatdırılması üzrə yeni müqavilə hazırlayırlar.

Adalet.az "Belta”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşün yekununa dair jurnalistlərə verdiyi açıqlamasında deyib.

Liderlərin Minskdə baş tutan ikitərəfli danışıqları nəticəsində silahlar və hava hücumundan müdafiə texnikaları ilə təchizat sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair Belarusun Hərbi-Sənaye Dövlət Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

"Belarusdan növbəti partiya hərbi texnikanın əldə edilməsi üçün ən qısa vaxtda bu memorandum müqaviləyə çevriləcək” – İlham Əliyev vurğulayıb.

Azərbaycan prezidenti onu da bildirib ki, Azərbaycan bu sahədə Belarusla qarşılıqlı əməkdaşlıqdan məmnundur, çünki onların hərbi məhsulları çox keyfiyyətli və effektivdir: "Ona görə də, təsadüfi deyil ki, bizim ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlıq artıq çox yaxşı tarixə, kifayət qədər böyük həcmə və genişlənməyə doğru yaxşı tendensiyaya malikdir.”(azvision.az)