adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Noyabr 2018 17:57
6278
MƏMLƏKƏT
A- A+

Bakıda və regionlarda qəssablara qarşı reydlər keçirilir

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhərində və regionlarda qeyri-qanuni fəaliyyət göstərən 30-dan çox iri və xırdabuynuzlu heyvanların kəsim məntəqələrində Bakı şəhər İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla birlikdə reydlər keçirilib və qanunsuz heyvan kəsimi ilə məşğul olan məntəqələrdə yerləşdirilən texniki qurğular kəsilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, tələblərə əsasən küçələrdə qanunsuz heyvan kəsimi ilə bağlı bildirişlər bütün mağazalara paylanılıb. "Kəsimlə əlaqədar olaraq yerli icra hakimiyyəti orqanları ilə həyata keçirilən reydlər hazırda da davam etdirilir. Məntəqələrdə aparılan monitorinqlər nəticəsində Baytarlıq haqqında qanunun tələblərinin pozulması faktı aşkarlandığı təqdirdə həmin məntəqələrə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir”.